00:03
(077) 610-22-33

Ərəstun Oruclu: “Soyqırımın qəbul edilməsi humanitar məsələdir”

  • >
589 6 Avqust 2012 14:38 | Siyasət

“Biz həqiqətimizi çatdıra bilmiriksə, bu belə olmalıdır”


Bu sözləri AzNews.az-a politoloq Ərəstun Oruclu Argentinanın "Erməni soyqırımı"nı tanımasına münasibət bildirərəkən deyib. O, bildirib ki, dünyada demokratikləşmə prosesi gedir: "Məsələyə daha çox humanitar aspektdən yanaşmaq lazımdır. Güman etmirəm ki, burada maraqlar rol oynayır. Avropa ölkələrinin, Amerikanın "erməni soyqırımı" ilə bağlı fəaliyyətləri göz qabağındadır. Bu da erməni lobbilərinin aktivliyindən xəbər verir. Amma Agentina, Meksika kimi ölkələrdə maraqlar yoxdur. Onlar məsələyə sırf humanizm baxımından yanaşırlar"

Politoloq qeyd edib ki, biz həqiqətimizi çatdıra bilmiriksə, bu belə də olmalıdır: "Demokratik cəmiyyətlərdə media imkanları çox güclüdür. Ermənilər də bu sahədə peşəkarlaşıblar. Biz çalışırıq, məsələni siyasiləşdirək. Bu düzgün yanaşma deyil. Biz bununla özümüzü aldadırıq. Türkiyə ilə Argentinanın nə əlaqəsi var? Heç bir. Ona görə də buna siyasi don geydirmək olmaz. Bu sırf təbliğat vasitəsilə edilən bir şeydir".


İlkin

AzNews.az


Bağla X