13:14
(077) 610-22-33

“Qarabağda hər an savaş başlaya bilər”

  • >
584 6 Avqust 2012 14:41 | Siyasət

Elxan Şahinoğlu: “Dağlıq Qarabağda heç kəs yaşamaq istəməz”

Bunu AzNews.az-a
"Atlas" Araşdırmalar Mərkəzinin
sədri, politoloq
Elxan Şahinoğlu deyib. Suriyada
yaşayan ermənilərin Dağlıq Qarabağa köçürülməsində rəsmi Bakının mövqeyinə münasibət bildirən
politoloq vurğuladı ki, təəssüfki, hələ də ATƏT-in Minsk qrupu məsələylə bağlı
münasibətini ortaya qoymayıb. "Bu
gün Ermənistanda yaşayan ermənilər belə
Dağlıq Qarabağa köçməkdə maraqlı deyil"-deyən politoloqun fikrincə, ermənilər
Amerika, Avropa kimi ölkələrə
daha çox miqrasiya etməyə can atırlar: "Dağlıq Qarabağda heç kəs yaşamaq
istəməz". Çünki Qarabağda hər an savaş başlaya bilər. Düşünürəm ki, erməni
ailələri öz təhlükəsizliyini qorumaq üçün, belə bir addım atmaz"-deyə o
bildirib. E.Şahinoğlu onu da əlavə etdi ki, bir erməni ailəsinin belə Qarabağa
yerləşdirilməsi, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd hesab olunur.Və
bunun qarşısı da alınmalıdır".

Mirvari
Nəcəf



AzNews.az

Bağla X