19:21
(077) 610-22-33

Eldar Namazov: “Milli Şuranın formatı nəzərə alınmalıdır“

  • >
652 8 Noyabr 2013 12:43 | Siyasət

"İndiki vəziyyətdə Milli Şurada Həmsədrlik İnstitutunun yaradılması ən doğru addım olardı".


Bunu APA-ya açıqlamasında "Milli Şuranın İcra Aparatının rəhbəri, "EL" Hərəkatı İdarə Heyətinin sədri Eldar Namazov deyib.

E. Namazovun fikrincə, Rüstəm İbrahimbəyov Milli Şuranın beynəlxalq əlaqələrini, Cəmil Həsənli isə Bakıdakı fəaliyyətini qura bilər: "Milli Şuraya daxil olan siyasi qurumların əksəriyyəti də bu fikirdədir. Lakin başqa fikirlər də var. Buna görə də, ümumi qərar qəbul edənə qədər müzakirələri davam etdirmək niyyətindəyik".

Milli Şuranın bəzi üzvləri tərəfindən siyasi partiya rəhbərlərinin də qurumun həmsədrliyində təmsil olunmasına münasibət bildirən E. Namazov deyib ki, Milli Şuranın formatı nəzərə alınmalıdır: "Milli Şurada həm siyasi partiyalar, həm ziyalılar, həm də ictimai-siyasi qurumların rəhbərləri yer alıb. Belə bir formatda sədrlik adətən, heç bir qurumla birbaşa bağlı olmayan adamlara həvalə olunur ki, onlar da hər partiya ilə eyni məsafədə dayanan adamlardır. Əgər partiya sədrləri də həmsədrlikdə təmsil olunsa, bu, 7-8 həmsədrin olmasına gətirib çıxarır. Düşünürəm ki, bu, Milli Şuranın təməl prinsiplərinə zidd olardı".

AzNews.az
Bağla X