22:25
(077) 610-22-33

Partiya Ali Məclisinin sədri ölkəni tərk etdi

  • >
584 12 Noyabr 2013 12:43 | Siyasət

"Ali Məclisin sədri Vaqif Şirinovun Azərbaycanı birdəfəlik tərk etməsindən xəbərsiz olmuşam".


Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, ADP Ali Məclisinin sədri Vaqif Şirinovun Azərbaycanı tərk etməsindən xəbəri olsa da, bunun daimi olacağını bilməyib:

"Vaqif bəy gedəndə görüşdük və mənə dedi ki, Avropada övladları yaşayır, səfərinin məqsədi də onları görməkdir. Sonra ADP sədrinin müavini Həsrət Rüstəm mənə dedi ki, Vaqif bəyin səhhətində problem var, müalicə olunacaq. Sonradan isə eşitdim ki, birdəfəlik Azərbaycanı tərk edib".

S. Cəlaloğlu 3 gün əvvəl Azərbaycandan getdiyini də qeyd edib:

"Vaqif Şirinovun Azərbaycandan getməyinin əsl məqsədi haqda xəbərsiz olmuşam. Onun tərəfindən istefa ərizəsi də təqdim olunmayıb". O, bu məsələnin partiyanın ali qurumlarında müzakirə olunaraq, müvafiq qərar veriləcəyini də deyib.

Qeyd edək ki, ADP Ali Məclisinin sədri Vaqif Şirinovun Avropaya mühacirət etdiyi haqda məlumat yayılıb.

Elnur
AzNews.az
Bağla X