11:14
(077) 610-22-33

Dəməşqdəki səfirliyimiz fəaliyyətini rəsmən dayandırdı

  • >
720 7 Avqust 2012 10:00 | Siyasət

Azərbaycanın Suriyadakı səfiri və səfirliyin əməkdaşları ölkəni tərk etdi


Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev və səfirliyin əməkdaşları ölkəni tərk ediblər. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, səfir və diplomatik missiyanın əməkdaşları Suriyanı mövcud vəziyyəti və təhlükəsizlik amillərini nəzərə alaraq tərk ediblər. Səfirliyin Dəməşqdə fəaliyyətini nə zaman bərpa edəcəyi məlum deyil. Səfirlikdə qeydiyyatda olan 60-a yaxın Azərbaycan vətəndaşının da ölkəni tərk etdiyi bildirilir.
XİN-dən ibldiriblər ki, hazırda Suriyada Azərbaycan vətəndaşı yoxdur: "Ümidvarıq ki, ölkədə vəziyyət tezliklə stailləşəcək və Suriyadakı səfirliyimiz öz normal iş rejimini bərpa edə biləcək". Qeyd edək ki, hazırda Suriya paytaxtında və ayrı-ayrı şəhərlərdə müxalifət qüvvələri ilə Bəşər Əsədə tabe olan qoşunlar arasında qanlı döyüşlər davam edir. Dünən müxalifət Suriya dövlət televiziyasını partlatmağa nail olub. Suriyanın baş naziri Riyad Hicab ailəsi ilə birgə ölkədən qaçıb və müxalifətin tərəfinə keçmək niyyətində olduğunu açıqlayıb.

AzNews.az
Bağla X