11:24
(077) 610-22-33

Şairlərimiz məhkəməyə çıxarıldı

  • >
559 7 Avqust 2012 16:52 | Siyasət

Azərbaycan vətəndaşları İran məhkəməsində günahkar olmadıqlarını bəyan ediblər



Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadənin yaxın ailə üzvlərinin iştirakı ilə məhkəmə keçirilib. XİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, məhkəmədə Azərbaycan vətəndaşları onlara verilən sualları cavablandırıb və günahkar olmadıqlarını vurğulayıblar. Onlar İrana səfər etməkdə hər hansı cinayət xarakterli niyyətlərinin olmadıqlarını qeyd ediblər. Azərbaycan vətəndaşlarına verilən suallar İrana səfərlərinin məqsədi barədə olub. İranlı hakim Fərid Hüseyn və Şəhriyar Hacızadənin konkret hansı maddə ilə ittiham olunması ilə bağlı rəsmi olaraq bir şey bildirməyib və yaxın günlərdə məhkəmənin qərarının olacağını vurğulayıb.
Azərbaycan vətəndaşları İrana poeziya axşamına gəldiklərini və hər hansı bir cinayət törətmədiklərini bir daha vurğulayıblar. Məhkəmədə Azərbaycanın İrandakı Baş konsulluğunun iki əməkdaşı da iştirak edib. Qeyd edək ki, Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə hər hansı ittiham irəli sürülmədən və ancaq təqribi 3 aya yaxın saxlanıldıqdan sonra onların cinayətə təşəbbüs etdikləri bildirilib.

AzNews.az
Bağla X