02:00
(077) 610-22-33

Asəf Quliyev yeni hərəkatın adını açıqlandı

  • >
978 18 Noyabr 2013 15:05 | Siyasət


AXCP-nin keçmiş sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin sabiq rəhbəri Asəf Quliyevin yeni yaratdığı hərəkatın adı bəlli oldu.


Asəf Quliyev AzNews.az-a açıqlamasında bildirib ki, adının müəyyənləşdirilməsi ilə bağlı təşkilatdaxili müzakirələr yekunlaşıb. Onun sözlərinə görə, yeni qurum "Xalq arzusu" hərəkatı adlanacaq.

A.Quliyev qeyd edib ki, hərəkatın mərkəzi ofisi Azərbaycan Demokrat Partiyasının qərargahında yerləşəcək: "Müvəqqəti olaraq ADP-nin qərarfahında ofis icarələmişik. Hələlik burada çalışacağıq".

O, hərəkatın təsis olunması ilə bağlı ilk tədbirin yaxın bir ay ərzində keçirilməsinin planlaşdırıldığını da söyləyib: "Hərəkatda təmsil olunan şəxslərlə bağlı məlumat da həmin qurumun yığıncağında açıqlanacaq. Əlavə məlumat vermək istəmirəm.

Yalnız onu deyə bilərəm ki, tədbir noyabrın 30-da və ya dekabrın birinci həftəsində keçiriləcək. İclasda kim sədr seçiləcəksə, qurumun rəhbərliyi də o edəcək".

Bahar Rüstəmli
AzNews.az
Bağla X