16:59
(077) 610-22-33

İsa Qəmbərin Tiflis səfəri ilə bağlı- Açıqlama

  • >
1 069 19 Noyabr 2013 12:53 | Siyasət

Müsavat Partiyasının başqanı İsa Qəmbər Gürcüstana səfər edib.

Partiyanın başqan müavini Gülağa Aslanlı AzNews.az-a bildirib ki, səfər çərçivəsində İsa Qəmbər Tiflisdə "Fridrix Nauman" fondunun yaradılmasının 50 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak edəcək.

Üç gün davam edəcək səfər zamanı Müsavat başqanının tədbirdə iştirak edən beynəlxalq qurumların, o cümlədən Gürcüstan siyasi dairələrinin nümayəndələri ilə görüşlər də nəzərdə tutulub.

Qeyd edək ki, İsa Qəmbərlə bərabər Tiflisə partiya üzvləri Toğrul Cuvarlı və Hikmət Hacızadə də gedib.

Elnur
AzNews.az

Bağla X