02:03
(077) 610-22-33

Qriqori Karasindən Qarabağ açıqlaması

  • >
503 8 Avqust 2012 14:18 | Siyasət

Мinsk qrupu çərçivəsində aparılan danışıqlar nəhayət ki, konkret nəticə verəcək


"Münaqişənin həllində Minsk qrupunun səylərinə üstünlük verilməlidir". Bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin " Qolos Rosiya" radiostansiyasına müsahibəsində səsləndirib. O bildirib ki, hər iki ölkə MDB çərçivəsində Rusiyanın önəmli mütəfiqləridir və rəsmi Moskva hər iki ölkə ilə münasibətlərə xüsusi əhəmiyyət verir. "Biz çalışırıq ki, ədalətli yanaşma ilə hər iki ölkənin Dağlıq Qarabağla bağlı mövqelərində yaxınlaşmaya nail olaq və bunun üçün bütün mümkün vasitələrdən istifadə edirik". O həmçinin münaqişənin mürəkkəb olduğunu bildirib və əlavə edib ki, "münaqişənin həllində Minsk qrupunun səylərinə əsas üstünlük verilməlidir".

Rus diplomat hesab edib ki, minsk qrupu çərçivəsində aparılan danışıqlar nəhayət ki, konkret nəticə verəcək. Karasin danışıqların dalana dirənməsi ilə bağlı bağlı suala isə nikbin cavab verərək deyib ki, buna səbəb Azərbaycanda və Ermənistanda seçki ilinin yaxınlaşmasıdır. "Amma biz ümid edirik ki, biz seçgi ilində də müəyyən irəliləyişlərə nail ola biləcəyik".

Sadiq

AzNews.az


Bağla X