Babayan: “Xankəndi hava limanı Bakının mövqeyindən aslı olmayaraq fəaliyyətə başlayacaq” Babayan: “Xankəndi hava limanı Bakının mövqeyindən aslı olmayaraq fəaliyyətə başlayacaq”

Ermənilər Xankəndi hava limanını açır?

Babayan: “Xankəndi hava limanı Bakının mövqeyindən aslı olmayaraq fəaliyyətə başlayacaq”


Qondarma Dağlıq Qarabağ prezidentinin mətbuat xidmətinin rəhbəri David Babayan" Novosti Armenia" xəbər agentliyinə müsahibə verib. Qondarma rejimin mətbuat xidmətinin rəhbəri bildirib ki, onlar rəsmi Bakının mövqeyindən aslı olmayaraq Xankəndi hava limanını istifadəyə açacaqlar.

AzNews.az newsarmenia.ru saytına istinadən xəbər verir ki, qondarma rejimin mətbuat xidmətinin rəhbəri hətta Azərbaycanı təhdid etməkdən də çəkinməyib və bildirib ki, "rəsmi Bakı təhdidedici bəyanatlarla hava limanının potensial sərnişinlərini qorxutmaq niyyətindədir. Azərbaycan bəyan etdiyi kimi təyyarəyə atəş açsa heç şübhəsiz cavabını alacaq". O həmçinin müsahibəsində hava limanınn yaxın zamanlarda açıla biləcəyini deyib və əlavə edib ki, ilkin olaraq 100 sərnişinə xidmət göstərəcəklərini planlaşdırırlar. Onun sözlərinə görə ilk reys İrəvan - Xankəndi olacaq və daha sonra reyslər digər ölkələri də əhatə edəcək.

Qeyd edək ki, mövzu ilə bağlı xarici işlər nazirliyinin və hətta politoqların belə mövqeyini almağa lüzum görmədik çünki qondarma rejim münaqişə tərəfi deyil. Xəbəri isə düşməninin niyyətini bilmək məqsədiylə təqdim edirik.

Sadiq

AzNews.az