Əhməd Oruc: “Sülhəddin Əkbər nə istədiyini özü də bilmir” Sülhəddin Əkbər: “Əhməd Oruca verəcək cavabım yoxdur” Əhməd Oruc: “Sülhəddin Əkbər nə istədiyini özü də bilmir” Sülhəddin Əkbər: “Əhməd Oruca verəcək cavabım yoxdur”

Siyasilər bir-birlərini topa tutdular

Əhməd Oruc: “Sülhəddin Əkbər nə istədiyini özü də bilmir” Sülhəddin Əkbər: “Əhməd Oruca verəcək cavabım yoxdur”


"Sülhəddin Əkbər uzun müddət Azərbaycanın xilas modelini Müsavat-AXCP birliyində görürdü. Bu formatın həyata keçirilməsi istiqamətində addım atılan zaman, yəni İctimai Palata təsis ediləndə isə Müsavat Partiyasını tərk etdi. İndi də hakimiyyətin dəyişdirilməsi ilə bağlı yumşaq keçid modeli haqda fikirlər səsləndirir. Bu iki ideyanın arasındakı fərqin nə qədər olduğu isə tam aydındır". Bu açıqlamanı APA-ya Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc verib. O deyib ki, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər hakimiyyətdən qovulan oliqarxların müəyyən qismi ilə iqtidara gəlməyin mümkünlüyündən danışır və bu ideyanı təbliğ edir: "Təəssüf ki, siyasi səhnədə bu vəziyyət təkcə Sülhəddin Əkbərlə bağlı deyil. Bizim siyasətçilərin çoxu yarımçıq və kompleksi adamlardır. Sistemli təfəkkürə və təhsilə malik olmayan şəxslərdir. Asılılıq simptomunun daşıyıcılarıdırlar. Onların fəaliyyəti isə belə dayanıqsız addımların atılmasına səbəb olur. ACP-nin və bu kimi partiyaların belə addımları günü-gündən müxalifətin zəifləməsinə səbəb olur".

Ə. Oruc qeyd edib ki, ACP müqavimət hərəkatından çıxdıqdan sonra mövqeyini hələ müəyyənləşdirə bilməyib: "Bu partiyanın siyasi kursu bəlli deyil. Partiya funksionerləri də bu vəziyyətə normal aydınlıq gətirə bilmir. Sülhəddin Əkbərin sədr postuna gəlməsi isə vəziyyəti bir qədər də qatışdırdı. Nə istədiyini heç özü də bilmir. Kənardan təzyiq də onu dayanıqsız bir vəziyyətə gətirib. ACP-nin müqavimət hərəkatından çıxması isə səhv mövqe idi".

Ə. Oruc bildirib ki, Azərbaycanda bəzi siyasətçilər reallıqdan uzaq ilğım formalaşdırır və bunun arxasınca gedir, sonda isə bunun ilğım olduğunu bilirlər.

Sülhəddin Əkbər isə APA-ya deyib ki, ACP-nin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxması ilə bağlı verdiyi bəyanatda partiyanın mövqeyi tam şəkildə öz əksini tapıb: "Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin mövqeyi nəzərə alınmaqla bəyanatımız olub və partiya bu bəyanatdan kənar şərh verməməklə bağlı qərar da verib". S. Əkbər Azadlıq Partiyasının sədrinin onun ünvanına səsləndirdiyi fikri isə bu cür cavablandırıb: "Yaxşı edib və mənim ona heç bir cavabım yoxdur".


AzNews.az