04:56
(077) 610-22-33

Milli Məclisin üzvləri Demokratiya Forumuna qatılıb

  • >
421 28 Noyabr 2013 10:16 | Siyasət


Milli Məclisin deputatları AŞPA-nın Demokratiya üzrə Dünya Forumunda iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər ediblər.

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan parlamentinin deputatlar Rafael Hüseynov və Sabir Hacıyev təmsil edəcək.

Forumda demokratiyanın inkişafı, vətəndaşların dövlət idarəçiliyində təmsil olunması, büdcənin formalaşmasında ictimaiyyətin rolu, seçkilərdə gənclərin fəallığı, elektron müraciətlərin araşdırılması mövzularında fikir mübadiləsi aparılacaqdır.

Tədbir noyabrın 29-da başa çatacaq.

AzNews.az
Bağla X