AŞPA-da internetin siyasətə təsiri müzakirə olunacaq


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçiriləcək.

AzNews.az-ın məlumatına görə, komitənin iclası Fransanın paytaxtı Parisdə noyabrın 30-da keçiriləcək.

Milli Məclisdən bildirilib ki, yığıncaqda deputat Rafael Hüseynov iştirak edəcək.

İclasda R. Hüseynov Avropanın təhlükədə olan mədəni irsi, çoxmədəniyyətli cəmiyyətlərin oxşar və fərqli cəhətləri, təhsilin keyfiyyətinin artırılması, dünya futbol qurumlarında idarəçiliyin təkmilləşdirilməsi, internetin siyasətə təsiri və digər müzakirə olunacaq məsələlərə münasibətini bildirəcəkdir. Səfər dekabrın 5-də başa çatacaq.

AzNews.az