Vilnüs Sammitində- Qalmaqal


Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin ilk günü qalmaqalla yadda qalıb. Belə ki, Ukraynanın baş nazirinin müavini Sergey Arbuzovun çıxışı zamanı zala bir qrup daxil olaraq etiraz aksiyası keçirib.

Arbuzov Ukraynanın Avropaya inteqrasiya yolundan çəkilmədiyini bildirərək Ukraynanın siyasətində heç bir dəyişiklik olmadığını vurulayıb.

Onun çıxışı zamanı zala daxil olan "Açıq siyasət" Fondunun prezidenti İqor Jdanov və bir neçə nəfər baş nazirin müaviniə etiraz ediblər. Onlar "Azadlıq qazdan vacibdir", "Arbuzov, bizim arzularımızı öldürmə" kimi üşarlar səsləndiriblər.

Elnarə
AzNews.az