22:30
(077) 610-22-33

“Serj Sarkisyan icma nümayəndələrinin görüşünə mane olur”

  • >
447 28 Noyabr 2013 15:16 | Siyasət

"Biz Dağlıq Qarabağdakı ermənilərlə birgə yaşamağın əleyhinə deyilik. Sadəcə onlar, Azərbaycan dövlətinin qanunlarını tanımalı, separatçı əməllərdən əl çəkməlidirlər".

Bunu AzNews.az-a açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı bayram Səfərov deyib.

İcma nümayəndələri – ziyalılar arasında bir müddət əvvəl baş tutan görüşlərin davam etdirilməsinə gəlincə, B. Səfərov deyib ki, Dağlıq Qarabağın azərbaycanlı icması bu prosesin davam etdirilməsində maraqlıdır. Lakin ermənilər bu müzakirələrdə iştirak edə bilmirlər.

B. Səfərov bu məsələdə Ermənistan hakimiyyətini də ittiham edib. Onun sözlərinə görə, Ermənistanın rəhbəri Serj Sarkisyan icma nümayəndələri – ziyalılar arasında aparılması mümkün olan danışıqların və görüşlərin tam əleyhinədir və bunu erməni rəsmləri ilə keçirilən toplantıda da səsləndirib:

"Sarkisyan açıq şəkildə bildirib ki, icma nümayəndələri arasında danışıqların əleyhinəyəm. Çünki sonra bizə məhəl qoymadan özünüz danışıqlar aparacaqsınız. Çünki icma ziyalıları arasında bir neçə görüşdən sonra ermənilər arasında Azərbaycanla bağlı müsbət fikirlər yayılmağa başlamışdı. Onlar Bakıda olduqları zaman ölkənin inkişafının şahidi oldular. Bu da Serj Sarkisyanda narahatlıq yaradır".

B. Səfərov qeyd edib ki, Ermənistan rəhbərliyi nəinki sülhün, hətta Dağlıq Qarabağda yaşayan erməni icmasının gələcəyini də düşünmür:

"Biz icmalar arasında istənilən görüşün tərəfdarıyıq. Ermənistan isə ciddi cəhdlə erməni icmasını bizimlə görüşlərdən yayındırmaq istəyirlər. Qarşı tərəfin tutduğu mövqe icmaların görüşünə mane olur".

Məhəmməd
AzNews.az
Bağla X