Onlar Qarabağı özəlləşdirməkdə davam edirlər Onlar Qarabağı özəlləşdirməkdə davam edirlər

Ermənilərdən daha bir tarixi həyasızlıq

Onlar Qarabağı özəlləşdirməkdə davam edirlər


Ermənilər qədim şəhərimiz Şuşada arxeloji qazıntılar apararaq özlərinə aid olmayan tarixi izləri min bir yolla erməniləşdirmək istəyirlər. AzNews.az armenpress.am saytına istinadən xəbər verir ki, bu dəfə bədnam qonşularımız xristianlara məxsus olduğunu iddia etdikləri qədim yaşayış kompleksi aşkarladıqlarını bildiriblər.

Hamlet Petrosyanın rəhbərliyi ilə aparılan qazıntılara erməni mətbuatında geniş yer ayrılıb. Hətta onlar həyasızcasına yaşayış kompleksini bizim eranın birinci əsrinə aid etməyi də unutmayıblar. (Xristianlıq daha əvvəl olsaydı heç utanmadan milyon əvvələ də aid edərdilər. - red). Hamlet Petrosyan armenpress.am saytına müsahibəsinə onu da bildirib ki, tapıntılar ermənilərin tarixi baxımından çox önəmlidir.

Qeyd edək ki, Şuşa şəhərində arxeoloji qazıntılara İyun ayının 25-dən start verilib və avqustun 22- də yekunlaşacağı bildirilir.


Musa

AzNews.az