04:34
(077) 610-22-33

Xankəndi aeroportundan uçan erməni xəyalları

  • >
918 9 Avqust 2012 16:53 | Siyasət

Burada söhbət siyasi baxımdan özünü təsdiqdən gedir

Qondarma Dağlıq Qarabağ prezidentinin mətbuat
xidmətinin rəhbəri David Babayan" Novosti Armenia" xəbər agentliyinə verdiyi müsahibədə
rəsmi Bakının mövqeyindən aslı olmayaraq, Xankəndi hava limanını istifadəyə
açacaqlarını deyib. D.Babayanın Azərbaycanı təhdid edən bu müsahibəsində
bildirilib ki, rəsmi Bakı bəyanatlarla hava limanının potensial sərnişinlərini
qorxutmaq niyyətindədir: "Azərbaycan bəyan etdiyi kimi təyyarəyə atəş açsa, heç
şübhəsiz cavabını alacaq. H
ava
limanı yaxın zamanlarda açılacaqlimanın ilkin olaraq 100 sərnişinə xidmət göstərəcəqi planlaşdırırlar. İlk reys İrəvan - Xankəndi olacaq və
daha sonra reyslər digər ölkələri də əhatə edəcək".
"Ermənistanın son zamanlarda attdığı üç addım hesab
edirəm ki, Dağlıq Qarabağ probleminin həlli baxımından aparılan danışıqlar
prosesinə güclü zərbədir. Onsuz da danışıqlar prosesi dalana dirənib. Amma son
üç hadisə onu pik nöqtəsinə çatdırıb". Bunu AzNews.az-a siyasi elmlər doktoru
Elman Nəsirli deyib. Onun sözlərinə görə həmin addımlardan birincisi qondarma
qurumun keçirdiyi qondarma prezident seçkiləri, ikincisi Xankəndi aeroportu
adlandırılan Xocalı hava limanının bərpa edilərək istifadə olunmasına hazırlıq,
üçüncüsü isə Suriyadan süni şəkildə ermənilərin gətirilərək Dağlıq Qarabağ
ərazisində məskunlaşdırılması ilə bağlı yeridilən siyasətdir: "Xankəndi
aeroportunun işə salınması ilə bağlı Ermənistan hökumətinin yürütdüyü siyasət gərginliyi
bir qədər də artırıb. Hələ keçən il Ermənistan bu aeroportun açılışını həyata
keçirmək istəyirdi və hətta Ermənistan prezidenti həmin uçuşun ilk sərnişinin özü
olacağını bəyan etmişdi. Amma Azərbaycan hökuməti bu məsələdə qətiyyətli
mövqedə dayandı. Bu mövqenin əsas mahiyyəti ondan ibarət oldu ki, əgər aviasiya
barədə beynəlxalq hüquq prinsiplərinə zidd, qeyri-qanuni şəkildə belə bir addım
atılarsa, Azərbaycan təhlükəsizliklə bağlı cavabdehlik daşımayacaq. Çünki
Dağlıq Qarabağ üzərindəki hava məkanı da Azərbaycanın hava məkanı olduğundan
rəsmi Bakının icazəsi olmadan onun hava məkanından hər hansı uçuşun həyata
keçirilməsi hava məkanımızın pozulması kimi qiymətləndirilməlidir. O zaman
verilən bəyanatdan qorxan erməni prezident Serj Sərkisyan bu uçuşu həyata
keçirə və ilk sərnişin ola bilmədi. Amma yenə də onlar həmin siyasəti davam
etdirməyə, suyu bulandırmağa, bu aeroportun açılışını həyata keçirməyə çalışırlar.
Ermənistan hakimiyyəti həmin aeroportun beynəlxalq əhəmiyyətinin olmadığını yaxşı
bilir. Xüsusu uçuşların da Ermənistana heç bir iqtisadi, maliyyə dividenti
gətirməyəcəyi bəllidir. Burada söhbət siyasi baxımdan özünü təsdiqdən gedir.
Bununla da birmənalı olaraq Ermənistan tərəfi danışıqlar prosesindəki
gərginliyin bir qədər də artırılmasına çalışır. Gərginliyin artırılması ilə həmsədrlərin
yenidən tərəflərin görüşünü təşkil etməsini düşünürlər".

Məsələyə dair Xarici İşlər Nazirliyinin münasibətini
öyrənməyə çalışsaq da, bütün cəhdlərimiz boşa çıxdı.

Gültən
AzNews.az



Bağla X