18:07
(077) 610-22-33

Parlament seçkiləri ilə bağlı əməkdaşlıq İSMARIŞI

  • >
273 2 Dekabr 2013 15:57 | Siyasət



Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, İdarə Heyəti Vilnusda keçirilən AB "Şərq tərəfdaşlığı" sammitində Azərbaycanın viza rejiminin sadələşdirilməsi ilə bağlı sazişə imza atmasını, Rusiya layihəsi olan Avrasiya İttifaqı və Gömrük Birliyinə qoşulmamaq barədə mövqe sərgiləməsini müsbət hal kimi dəyərləndirib.

İdarə Heyəti həmçinin, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində reallaşan layihələrdə ölkəmizin passiv iştirakını, Avropa Birliyinə qoşulmamaq barədə rəsmilərin səsləndirdiyi fikirlərin milli baxımdan zərərli olduğunu bildirib və Avropa Birliyinə qoşulmaqdan imtinanı Azərbaycanın Qarabağ məsələsində böyük bir müttəfiq gücündən məhrum olunması kimi dəyərləndirib.

İclasda Ukraynada baş verənlər də müzakirə olunub və Yanukoviçin siyasi xətti tənqid olunub. İdarə heyəti vəkil Qurban Məmmədov barədə prokurorun üç il həbs tələb etməsini də pisləyib və onu dərhal azadlığa buraxmağa çağırıb.

İdarə heyəti cənub bölgəsində yerləşən hissələrdə İran vətəndaşları tərəfindən sərhədlərin pozulmasına edilən cəhdlərin qarşısının alınması zamanı qarşı tərəfdən atəşlər nəticəsində bir neçə sərhəd əməkdaşının yaralanması və ölüm hadisənin baş verməsindən ciddi narahat olduğunu bildirib.

ADP İdarə Heyətində ölkə müxalifətinin əməkdaşlığına dair müzakirə aparılıb və 2015-ci il Milli Məclisə keçiriləcək seçkilərə indidən hazırlaşmağın vacibliyi qeyd edilib. Partiyanın İdarə Heyəti bu seçkilərdə iştirak etmək niyyətində olan bütün müxalif siyasi partiyalarla hər hansı əməkdaşlığa hazır olduğunu da bəyan edib.

AzNews.az
Bağla X