11:01
(077) 610-22-33

Rüstəm İbrahimbəyov: “Milli Şura mənə sürpriz yaşatdı”

  • >
439 4 Dekabr 2013 12:28 | Siyasət

"Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov yeni təyinatdan və dünənki sessiyadan razı qalıb".

Bunu AzNews.az-a açıqlamasında "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, dünən sessiya başa çatan kimi R.İbrahimbəyovla telefon əlaqəsi saxlanılıb və vəziyyət haqda ona məlumat verilib:

"Rüstəm İbrahimbəyov dedi ki, bu sessiya mənim üçün əsl sürpriz oldu. Milli Şura məni fəxri sədr seçdi. Mənə bu etimadı göstərən bütün şura üzvlərinə böyük təşəkkürümü çatdırın".

E. Quliyev bildirib ki, R. İbrahimbəyovun şuraya fəxri sədr seçilməsi qanunauyğundur: "Təbi ki, bu belə də olmalı idi. Çünki Milli Şura layihəsinin bünövrəsini Rüstəm bəy qoyub".

E.Quliyev Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun istefası ilə də bağlı fikrini belə izah edib:

"Milli Şuranın yaranmasında və bu günə gəlib çatmasında Eldar bəyin xüsusi zəhməti olub. Amma gərək ona çəkdiyi əziyyətinə görə Milli Şura tərəfindən təşəkkür olunaydı".

Bahar Rüstəmli
AzNews.az
Bağla X