Son həftə ərzində snayper tüfənglərindən atəşlərin açılması faktları qeydə alınmaqdadır Son həftə ərzində snayper tüfənglərindən atəşlərin açılması faktları qeydə alınmaqdadır

Ermənistan Azərbaycanla sərhəddə snayperlərin sayını artırıb

Son həftə ərzində snayper tüfənglərindən atəşlərin açılması faktları qeydə alınmaqdadır


Ermənistan Azərbaycanla dövlət sərhədində snayperlərin sayını artırıb. AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Ordusundakı hərbi mənbələrdən məlumat verilib.

Azərbaycan tərəfinin müxtəlif kanallar vasitəsi ilə əldə etdiyi məlumata görə, müdafiə naziri Seyran Ohanyanın əmri ilə son həftə ərzində Ermənistan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrindən dövlət sərhədindəki mövqelərə xeyli sayda snayperlər transfer olunub. Son günlərdə dövlət sərhədində ilk dəfə olaraq Azərbaycan mövqelərinə 12,5 mm çaplı snayper tüfənglərindən atəşlərin açılması faktları qeydə alınmaqdadır.
Avqustun 7-də S.Ohanyan dövlət sərhədindəki hərbi birliklərin mövqelərində aparılan möhkəmləndirmə işləri ilə tanış olarkən ön xəttə yeni göndərilmiş snayperlərlə görüşüb, onlara qarşı tərəfi maksimum şəkildə neytrallaşdırmaq təlimatı verib.