- Köhnə - Siyasət
- 4 Dekabr 2013 19:56
- 1 775
İlham Əliyev Tailand Kralını təbrik edib
Təbrikdə deyilir: "Tailand Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Tailand münasibətlərinin və əməkdaşlığının inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tailand xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
AzNews.az