“Torpaqlarımızı işğal edən dövlət bizə konsert verəcək” “Torpaqlarımızı işğal edən dövlət bizə konsert verəcək”

Akif Nağı: “Hər kəs bu tədbirə əngəl törətməlidir”

“Torpaqlarımızı işğal edən dövlət bizə konsert verəcək”


"Hər kəs bu tədbirə əngəl törətməlidir". Bu sözləri AzNews.az-a Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Erməni musiqiçilərinin Azərbaycanada planlaşdırılan çıxışına münasibət bildirərkən deyib. O, bildirib ki, Erməni musiqiçilərinin Bakıya gəlişi Azərbaycanın xalqının maraqlarına cavab vermir: "Bizim torpaqlarımız işğal altındadır. Niyə biz ermənilərlə bir araya gəlməliyik? İki ölkə arasında barış Ermənistanın maraqlarına cavab verir.

Həmişə Qarabağ Azadlıq Təşkilatı olaraq, bunun əleyhinə olmuşuq. Azərbaycan cəmiyyəti başa düşməlidir ki, ermənilərin heç bir layihəsini qəbul etmək lazım deyil. Ermənilərin əli azərbaycanlıların qanına batıb, dörd mindən çox azərbaycanlı erməni əsirliyindədir, həmçinin bu işğalçı dövlət öz mənfur niyyətindən bir addım da geri çəkilmək istəmir. Bütün bunları görə-görə musiqiçiləri niyə gətirirlər anlaşılan deyil. Təsəvvür edin, torpaqlarımızı işğal edən dövlət bizə konsert verəcək. Bu, heç bir çərçivəyə sığmır. Hər kəs bu tədbirə əngəl törətməlidir. Biz də təşkilat olaraq, öz növbəsində etirazımızı bildirəcəyik. Bu, aksiya formasında da ola bilər".

Bildirək ki, Ermənistan Dövlət Gənclər Orkestrinin 10 musiqiçisi "I, Culture Orchestra" layihəsi çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edəcəklər. Layihə çərçivəsində erməni musiqiçilərin Lyublyana, Varşava, Minsk, Kiyev, Kişinyov, Tiflis və Bakıda konsertləri nəzərdə tutulur. Konsertlər avqustun 24-dən sentyabrın 2-dək keçiriləcək. Bu layihə "Şərq Tərəfdşlığı" proqramı çərçivəsində iştirakçı ölkələrin gənc musiqiçilərini bir araya gətirməyi nəzərdə tutur.


İlkin

AzNews.az