22:24
(077) 610-22-33

Məmmədyarov seçki ilə bağlı rəyə görə kəskin danışdı - FOTO

  • >
582 5 Dekabr 2013 14:33 | Siyasət

Kiyevdə nazirlərin görüşündə çıxış edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov əvvəcə gözəl təşkilatçılığa görə Ukraynaya təşəkkür eləyib. AzNews.az-ın Kiyevə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, nazir bildirib ki, Azərbaycan ATƏT-in apardığı siyasətə və sahib olduğu dəyərlərə tamamilə qatılır: "Çünki regionda təhlükəsizlik sahəsində fəaliyyət göstərən yeganə təşkilat hesab edirik". Çıxışında BMT-nin 4 qətnaməsini xatırladan Məmmədyarov qeyd eləyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kompleks sülh danışıqları çərçivəsində həllində maraqlıdır: "Bu kompleks sülh danışıqlarına Dağlıq Qarabağın ətraf 7 rayonun oradan qoşunların çıxarılması ilə azad olunması, sərhədlərin açılması, regionda xalqların, icmaların yaxınlaşması və sair aiddir. Bu region ətrafında hərbi xərclərin azaldılmasına, bölgədə sülhə və bölgənin inkişafına səbəb olacaq".

Ermənistanı konstruktivliyə çağıran Azərbaycanın Xarici İşlər naziri məsələnin həllində hər iki tərəfin rolunun və səylərini bərabər olmasının önəmini vurğuladı. Seçki ilə bağlı da DTHİB-in (ODİR) açıqlamasını da dəyərləndirən Elmar Məmmədyarov ATƏT-ə ciddi iradını bildirdi. O, bir təşkilatın texniki mandatına sahib olan bir institutun bütün təşkilatın adından danışmaq haqqına sahib olmadığını bildirdi.

Xatırladaq ki, DTHİB (ODİR) seçki prosesi və onun yekunu ilə bağlı mənfi rəy vermişdi.

Aynur
AzNews.az

Bağla X