18:42
(077) 610-22-33

İslam Partiyasından Müsavata ittiham: “Kim narahatdırsa, getsin...”

  • >
1 099 6 Dekabr 2013 08:10 | Siyasət

"Milli Şura elə təşkilat olmalıdır ki, burada heç bir siyasi partiyanın diktəsi, iradəsi hakim olmasın. Təəssüf ki, bəziləri təkəbbür, böyüklük iddiası və ümumi prinsiplərə deyil, yalnız korporativ maraqlarından çıxış etmələri vəziyyəti gərginləşdirir".

Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın üzvü, Azərbaycan İslam Partiyasının (AİP) funksioneri Rövşən Əhmədli deyib.

Müsavat Partiyasının Milli Şura ilə bağlı mövcud mövqeyini və tələbini şərh edən R.Əhmədli bildirib ki, hansısa partiyanın şərt irəli sürməsini düzgün hesab etmir:

"Son səsləndirilən fikirlər də göstərdi ki, bəzi qüvvələr Milli Şuraya ümumi maraqlardan deyil, öz niyyətlərini həyata keçirmək üçün daxil olublar. Milli Şuranın fəaliyyəti kimisə narahat edirsə, getsin partiya fəaliyyəti ilə məşğul olsun. Milli Şura birlik formatıdır və ümumi tələblərlə yaradılıb. Bu getmələr isə Milli Şuraya ciddi xətər yetirə bilməz və faciə də deyil. Onsuz da gələcəkdə müəyyən təmizlənmələr labüd olacaq".

R. Əhmədli deyib ki, liderlər iddialarından geri çəkilməsə, ümumi nəticəyə çatmaq mümkün olmayacaq. O, R.İbrahimbəyov fəxri sədr postuna seçiləndən sonra ona qarşı yönələn tənqidlərə də münasibətini bildirib:

"Fəxri sədr vəzifəsi Rüstəm İbrahimbəyov üçün çox azdır. Azərbaycanda müxalifətin iş birliyində fəaliyyət göstərməsi istiqamətində onun gördüyü işlərinin yanında bu çox aşağı statusdur. Mən onun daha üstün mükafata layiq bilirəm".

Elnur
AzNews.az
Bağla X