17:44
(077) 610-22-33

Milli Şura mitinq keçirəcək- 15 dekabr

  • >
320 6 Dekabr 2013 14:21 | Siyasət

Milli Şura dekabrın 15-də qiymət artımına etiraz olaraq mitinq keçirməyə qərar verib. Bunu açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli bildirib.

Cəmil Həsənli deyib ki, mitinqin keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı açıqlamasında bu barədə məlumatlı olmadığını söyləyib.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə açıqlamasında Milli Şuranın dekabrın 15-də mitinq keçirmək barədə qərar verdiyini təsdiqləyib. Onun sözlərinə görə, bu məsələ Milli Şuranın son sessiyasında qısa da olsa, müzakirə edilib:

"Sessiyada qiymət artımı ilə bağlı mitinqin keçirilməsi ilə bağlı məsələ Milli Şuranın sədri kimi Cəmil Həsənliyə və sədr aparatına həvalə olunub. Cəmil Həsənli də ötən müddət ərzində Milli Şuranın ayrı-ayrı üzvləri, partiyaların liderləri ilə görüşərək məsləhətləşmə aparıb və mitinqlə bağlı qərar verilib". (apa)

Bağla X