“Azərbaycan Avropa Birliyi üçün vacib ölkədir” - VİDEO

Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Filipp Lefort Kiyevdə ATƏT-in Nazirlər Şurasının iclasında Azərbaycan jurnalistlərinə müsahibə verib.

AzNews.az-məlumatına görə, sualları cavablandıran Leffort AB-nin Azərbaycan və Ermənistan arasında hansı etimad tədbirləri keçirməyi planlaşdırdığı haqda əlavə məlumat vermək istəməyib. Bununla belə qeyd edib ki, müzakirəsi aparılan müəyyən ideyalar var:

"Biz iki xalq arasında təmas və əlaqələri dəstəkləmək üçün hər şeyi edirik. Azərbaycan Avropa Birliyi üçün vacib ölkədir və mən əməkdaşlığımızın dinamikasını müsbət qiymətləndirirəm".

Eyni zamanda Leffort AB-nin iki ölkə xalqının yaxınlaşması üçün çalışmalarının xüsusi rolunu vurğulayıb.



Aynur
AzNews.az