11:52
(077) 610-22-33

AXCP-dən Mirmahmud Mirəlioğluna cavab gəldi

  • >
893 10 Avqust 2012 16:35 | Siyasət

Nurəddin Məmmədli: “Bu, Mirmahmud Mirəlioğlunun fikridir”


"Müxalifətdə vahid namizəd olaraq dəstəkləyə biləcəyim şəxs yoxdur". Belə bir açıqlama ilə Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu çıxış edib.
Partiya sədrinin bu mövqeyini AzNews.az-a şərh edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədli bildirir ki, Azərbaycan müxalifətindən minlərlə vahid namizəd tapıla bilər: "Kimsə vahid namizədin olmadığını düşünürsə, bu onun şəxsi fikridir. Hər bir Azərbaycan vətəndaşı kimi KXCP sədri də öz müstəqil fikrini bildirməyə çalışıb.
Çox söz deyə bilərlər, amma bu o demək deyil ki, vahid namizəd yoxdur. Deyim ki, Azərbaycan müxalifətində kifayət qədər güclü siyasətçilər var. Məqamı gələndə seçkilərdə iştirak edəcəyik, vahid namizədimiz də olacaq".


İlkin

AzNews.az

Bağla X