Asəf Quliyevdən video-kaset açıqlaması



Xalq Arzusu Hərəkatının təsisçisi Asəf Quliyev haqqında gəzən kaset şayiələrinə aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, o, bu barədə özünün facebook səhifəsində yazıb.

XAH-nın təsisçisi hesab edir ki, istefadan sonra haqqında müxtəlif şayiələr yayılıb və o, bunu gözləyirmiş:

"Olacaqları nəzərə almışdım. Ancaq video-kaset məsələsi heç ağlıma gəlməmişdi. Rauf Arifoğlunun müsahibəsində oxudum guya, hansısa kaset var və məni şantaj ediblər. Bildirirəm ki haqqımda heç bir kaset olmayıb və hətta da olsa da bel,ə məni kimsə şantaj edə bilməz. Bir daha deyirəm əleyhimə kimdəsə nəsə varsa, qoysun ortaya. Şayiənin haradan qaynaqlandığı məni çox maraqlandırdı.

Təəssüf edirəm ki, yaxın bildiyim insanlar tərəfindən ortaya atıldığını öyrəndim. Bu şayiəni yayanda bir ailəyə necə təsir edəcəyini heç fikirləşdiniz? Görünür, ailə məsuliyyətinin nə olduğunu dərk edə bilmirsiniz. Özünüz də bilirsiniz ki övladlarım facebookda aktivdirlər. Hər kəs malik olduğu səviyyədə fəaliyyət göstərir".

Bahar Rüstəmli
AzNews.az