Böyük Britaniyalı nazir Azərbaycana səfər edəcək

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq gələn həftə Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfəri İrfan Siddiq bildirib.

Diplomat bildirib ki, səfərin əsas məqsədi gələn həftə TAP (Trans Adriatic Pipeline) qaz kəməri layihəsi ilə bağlı Bakıda sazişin imzalanması mərasimində iştirak etməkdir.

Onun sözlərinə görə, nazir səfər çərçivəsində Azərbaycan prezidenti, xarici işlər naziri və digər rəsmilərlə görüşəcək, ikitərəfli əməkdaşlıq barədə müzakirələr aparacaq.

Qeyd edək ki, sazişin dekabrın 17-də imzalanması nəzərdə tutulub.

AzNews.az