02:20
(077) 610-22-33

Müsavat Milli Şuradan kənar qüvvələrlə əməkdaşlığa başlayır - Açıqlama

  • >
408 12 Dekabr 2013 11:33 | Siyasət

"Müsavat Partiyası Milli Şuradan kənarda olan qüvvələrlə, ictimai təşkilatlarla, şəxslərlə tərəfdaşlarını müəyyən etmək istiqamətində səylər göstərir".


Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

A.Hacılı deyib ki, partiya Divanın məlum qərarından irəli gələn addımların atılması üçün həm partiya strukturlarında, eyni zamanda digər siyasi tərəfdaşlarla bu istiqamətdə müzakirələri davam edəcək.

"Divanın sonuncu qərarını Müsavat Partiyasının Milli Şurada qalması kimi dəyərləndirmək olarmı" sualına isə A. Hacılı belə cavab verib:

"Divanda gedən müzakirələrdən uzağa gedən nəticələr çıxartmaq lazım deyil. Müzakirələr davam edir. Müsavat Partiyası həm Milli Şurada olan, həm də bu qurumda olmayan siyasi qüvvələrlə müzakirələr apararaq, öz müttəfiqlərini, əməkdaşlıq edəcəyi tərəfdaşları müəyyən etmək istiqamətində səylər göstəririr".

O əlavə edib ki, Müsavat Partiyası demokratik düşərgədə əməkdaşlıq münasibətlərinin qorunmasının tərəfdarıdır:

"Bu məsələlər barədə qərarlar tərəfdaşlarla müzakirələrdən sonra qəbul olunacaq. Müttəfiqlik edəcəyimiz qurumları müəyyənləşdirəcəyik".

Məhəmməd
AzNews.az
Bağla X