Müxalifət vahid namizəd irəli sürə bilməz Müxalifət vahid namizəd irəli sürə bilməz

Aydın Mirzəzadə: “Müxalifət birləşsə də, YAP-a qalib gələ bilməz”

Müxalifət vahid namizəd irəli sürə bilməz



"Onlar cəmiyyətlə işləmədiklərindən sosial bazaları çox zəifdir". Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O, bildirib ki, müxalif düşərgə hələ də köhnə dövrün ab-havası ilə yaşayır: "Köhnə fikirli olduqlarından onların arasında yeni liderlər də yoxdur. Müxalifət rəhbərləri seçki dövrü kövrək bir ittifaq yaratmağa çalışırlar. Düşünürəm ki, müxalifətin seçkilərə vahid namizədlə gedəcəyi inandırıcı deyil, iddialılar həddindən artıq çoxdur. Onların hər biri seçkidə ikinci olmağa çalışırlar. Orada olan şəxsləri təmsil etdikləri cəbhənin qələbəsi deyil, özlərinin qələbəsi maraqlandırır. Radikal müxalifətçilər çox görüşüb, söhbət edəcəklər, amma bir nəticəyə gələ bilməyəcəklər".

Millət vəkili deyib ki, Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı altı yüz minə yaxındır. Müxalifət partiyaları isə üzvlərinin sayını açıqlamır, çünki sosial bazaları çox zəifdir: "Bizim bir rayon təşkilatının üzvlərinin sayı ölkədə olan bütün müxalifət partiyalarının üzvlərinin sayından çoxdur. Hakim partiya ilə eyni çəkidə duracaq partiya yoxdur. Zəif də olsalar, rəqiblərimiz var, amma onların seçkilərdə qalib gəlmə şansı sıfıra bərabərdir. Hətta müxalif düşərgə birləşsə belə YAP-a qalib gələ bilməyəcək".

İlkin
AzNews.az