12:56
(077) 610-22-33

Ermənilərin “snayper planı”

  • >
715 13 Avqust 2012 10:02 | Siyasət

Elxan Mehdiyev: “Ermənistan Azərbaycanı qorxu altında saxlamağa çalışır”



Ermənistanın Azərbaycanla dövlət sərhədində snayperlərin sayını artırması barədə məlumat yayılıb. Azərbacan hərbçilərinin təsdiqlədikləri məlumat, müxtəlif kanallar vasitəsi ilə də bir daha dəqiqləşdirilib.


Belə ki, Ermənistan müdafiə naziri Seyran Ohanyanın əmri ilə son həftə ərzində Ermənistan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrindən dövlət sərhədindəki mövqelərə xeyli sayda snayperlər transfer olunub. Son günlərdə dövlət sərhədində ilk dəfə olaraq Azərbaycan mövqelərinə 12,5 mm çaplı snayperlərdən atəş açılması faktlarının qeydə alınması da sözügedən informasiyanın yanlış olmadığını göstərir.

Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında vasitəçilik edənlər və digər beynəlxalq qurumların Azərbaycan və Ermənistandan snayperləri geri çəkməyə çağırmaları müqabilində ermənilərin belə bir addım atmasını nə ilə əlaqələndirmək olar?

Hərbi ekspert İldırım Məmmədov AzNews.az-a deyib ki, ermənilər itkilərə daha çox həssas olduğundan belə bir addım atır. Onun sözlərinə görə, azərbaycanlılardan fərqli olaraq, sadə erməni vətəndaşları da verilən itkilərə dözümsüzdür: "Eyni zamanda ermənilər düşünürdülər ki, Azərbaycanın alınmaz qala sayılan ərazilərini işğal etdiklərindən onu geri ala bilməyəcəyik. Amma görürlər ki, Azərbaycan ordusu öz ərazilərini təcavüzdən azad etməyə qadirdir. Ermənilər başa düşür ki, 20 il müddətində müəyyən fasilə yaransa da, bu müddət ərzində az erməni ölməyib. Bu vəziyyətin sonadək davam etməyəcəyinin mümkün olmadığı da dərk olunur. Sadəcə psixoloji baxımdan erməni xalqına təsir etmək üçün snayperlərin sayı artırılır".


Politoloq Elxan Mehdiyev isə AzNews.az-a bildirib ki, burada əsas məqsəd öldürülən hər bir erməni əsgərinin əvəzində qarşı tərəfdən beşi öldürülsün: "Ona görə də sərhəddə snayperlərin sayını artırırlar. Sərhəddə snayperlərin çıxarılması çağırışlarına gəldikdə erməni tərəfi ikiəlli bunun tərəfdarıdır. Çünki bu onun mövqeyinə tamamilə uyğundur. Ermənistan istəyir ki, Azərbaycan da snayperləri sərhəddən çıxarsın. Azərbaycan isə haqlı olaraq snayperləri cəbhə bölgələrindən çıxarmır. Ermənilər də adekvat olaraq snayperləri artırır, onu beynəlxalq ictimaiyyətin fikirləri maraqlandırmır. Bununla daha çox Azərbaycanı qorxu altında saxlamağa çalışır".

Gültən

AzNews.az

Bağla X