22:52
(077) 610-22-33

Deputatdan təklif: “Amnistiya verilsin“

  • >
460 17 Dekabr 2013 11:46 | Siyasət

Millət vəkili İqbal Ağazadə Milli Məclisin bugünkü iclasında ölkədə insan haqlarının vəziyyəti ilə bağlı çıxış edib.

Millət vəkili qeyd edib ki, ölkənin həm mərkəzində, həm də regionlarında siyasi məhbus kateqoriyasına aid olan insanların məhkəməsi gedir: "Bu məhkəmə proseslərində siyasi motivlər səsləndirilir. İsmayıllı hadisələrinə görə həbs olunan Tofiq Yaqublu, İlqar Məmmədov və daha 18 nəfər və dindarların həbsi var. Dünən də SMDT rəhbəri Anar Məmmədli haqda qondarma cinayət işi qaldırılıb. Qondarma ona görə deyirəm ki, hər hansı QHT-nin təyinatı hər hansı bir ökədən qrant alması Qrant haqqında qanunu pozsa belə, kommersiya fəaliyyəti ilə əlaqələndirilə bilməz. İstərdim ki, 31 dekabr ərəfəsində prezident əfv ya da amnistiya fərmanı ilə çıxış etsin. 2014-cü ildə ölkə yeni bir mühitə qədəm qoysun".

AzNews.az
Bağla X