Bolqarıstanın baş nazirinin səfəri başa çatdı

"Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak edən Bolqarıstanın Baş naziri Plamin Orişarskinin Azərbaycan Respublikasına səfəri dekabrın 17-də başa çatıb.

AzNews.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstanın Baş nazirini hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola salıb.

AzNews.az