- Köhnə - Siyasət
- 17 Dekabr 2013 19:18
- 5 389
İlham Əliyev Albaniyanın baş nazirini qəbul edib - FOTO
Görüşdə "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasiminin yüksək səviyyədə təşkil olunmasından məmnunluq ifadə edilib. Layihənin Azərbaycanla Balkan ölkələri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycanla Albaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, energetika və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzNews.az