Həbs müddəti çox maraqlıdır -7 il 11 ay 24 gün Həbs müddəti çox maraqlıdır -7 il 11 ay 24 gün

Elşad Abdullayevin qardaşının katibəsinə hökm oxundu

Həbs müddəti çox maraqlıdır -7 il 11 ay 24 gün


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyeva və onun qaynı Mübariz İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, B. Hacıyeva 7 il 11 ay 24 gün, M. İbadov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər əlbir olaraq bir çox ali məktəblərə qanunsuz yolla tələbə qəbulu həyata keçiriblər. 2009-cu ildə saxlanılan B. Hacıyeva məhkəmənin hökmü ilə 3 il şərti cəza alıb. Daha sonra axtarışda olan M. İbadov tutulub.

Bundan sonra B. Hacıyevanın barəsində olan cinayət işi yenilənib. Hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar.


AzNews.az