08:36
(077) 610-22-33

QAT başsağlığı verdi

  • >
486 13 Avqust 2012 15:38 | Siyasət

“Biz həmvətənlərimizə kömək etməyə hazırıq”



AzNews.az-a daxil olan məlumatda bildirilir ki, Qarabağ Azadlıq Təşkilatı (QAT) Təbriz, Əhər, Heriz, Ərdəbil, Urmiya şəhərlərində və bir çox kəndlərdə baş vermiş dəhşətli zəlzələ, çoxlu sayda insanın həlak olması ilə əlaqədar İran rəhbərliyinə və xalqına, dünyasını dəyişənlərin yaxınlarına dərin hüznlə başsağlığı verib.
Təşkilatın məlumatında qeyd olunur ki, kütləvi insan qırğınına səbəb olan bu hadisə bizi sarsıtdı: "Biz yaxınlarını itirmiş hər bir insanın dərdinə şərik olur, əlimizdən gələn köməyi etməyə hazır olduğumuzu bildiririk. Dağıntıların aradan qaldırılması, insanların xilas edilməsi və digər işlərdə iştirak etmək üçün Qarabağ Azadlıq Təşkilatının üzvlərindən ibarət dəstə yaradılıb və istənilən vaxt təbii fəlakət bölgəsinə getməyə hazırdır.
Biz eyni zamanda, zərər çəkənlərə qida, paltar və digər zəruri malların toplanmasına da başlamışıq. Biz bir daha dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik və yaralananların teziliklə sağalmasını arzu edirik".

İlkin
AzNews.az
Bağla X