Pənah Hüseyn: “Prezidentliyə namizəd modeli üzərində işləyirik”

"İctimai Palata olaraq, yeni model uğrunda çalışırıq". Bu sözləri AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri, keçmiş millət vəkili Pənah Hüseyn deyib.

O, bildirib ki, 2013-cü ildə keçiriləcək prezident seçkisində namizəd kimi iştirak etməyəcək: "Mən prezident olmaq iddiasında deyiləm.

Azərbaycan müxalifətinin güc mərkəzi olan İctimai palata yeni model uğrunda çalışır. Bu model vahid namizədin müəyyənləşməsinə əsaslanır. İctimai Palata seçkiyə qədər vahid namizədini elan edəcək və hamımız onu dəstəkləyəcəyik".

İlkin
AzNews.az