07:55
(077) 610-22-33

Türk nazir Azərbaycanda...

  • >
470 14 Avqust 2012 07:30 | Siyasət

Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının təsisçi üzvləri - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın iqtisadiyyat nazirlərinin ikinci iclasında iştirak etmək üçün Bakıya gəlib.


Türkiyə səfirliyindən AzNews.az-a verilən məlumata görə, bu gün keçiriləcək iclasda türkiyəli nazirlə yanaşı, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Qazaxıstanın iqtisadiyyat və ticarət naziri Bakytzhan Sagintayev və Qırğızıstanın iqtisadiyyat və rəqabət siyasəti naziri Temir Sariev iştirak edəcəklər.

İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və özəl sektoru təmsil edən nümayəndələri tərəfindən müvafiq sahələr üzrə müzakirələr aparılacaq.


İlkin

AzNews.az

Bağla X