Bəyanatda Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini ödədiyi qeyd olunub Bəyanatda Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini ödədiyi qeyd olunub

Ukraynanın Azərbaycandakı səfirliyi bəyanat yaydı

Bəyanatda Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini ödədiyi qeyd olunub


Ukraynanın 2011-ci ildə gizli yolla Ermənistana silah satması haqqında məlumatlarla bağlı bu ölkənin Azərbaycandakı səfirliyi bəyanat yayıb.


Səfirlikdən AzNews.az -a ünvanlanan bəyanatda qeyd olunur ki, yayılmış xəbərdə istinad olunan Ukrayna Müdafiə Nazirliyinin Ukrayna prezidentinə məktubunun surəti 8 avqust 2012-ci il tarixdə Ukrayna saytlarından birində yerləşdirilib və saxtadır. Səfirlik hesab edir ki, bu təxribatın məqsədi ənənəvi Ukrayna-Azərbaycan dostluq münasibətlərinə zərər vurmaqdır. "Bu münasibətlərin strateji xarakter daşıması Ukrayna xarici siyasəti üçün dəyişməz və prioritetdir", - deyə bəyanatda bildirilir.


Qeyd edək ki, yayılmış məlumatda bildirilir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qımızın prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda bu ölkənin əsas silah ixracatçısı olan "Ukrspesexport" Dövlət Müəssisəsi ilə Ermənistanın "DG Arms Corporation" şirkəti arasında "Smerç" reaktiv yaylım atəş sistemi, onun raketləri (12 ədəd) və "İqla" tipli 50 ədəd portativ zenit-raket kompleksinin çatdırılması yolları göstərilib. Kəşfiyyat Xidmətinin rəisi məktubunda sifarişin çatdırılması üçün MDB və Avropa Birliyi ölkələrində qeydə alınmış saxta firmalardan istifadə olunmasını təklif edib.


Məktubda Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini ödədiyi, eləcə də Azərbaycanın bundan xəbərdar ola biləcəyi qeyd olunub. Məktubda Azərbaycanla Ukrayna arasında hərbi-texniki və enerji əməkdaşlığını zərbə altında qoymamaq üçün "Ukrspesexport"a "Ermənistanla sazişin həyata keçirilməsi faktından açıq şəkildə imtina etmək, Ermənistan şirkətinə isə "öz ətrafında etibarsız təchizatçı" kimi "Ukrspesexport"un rəhbərliyi və Ukrayna tərəfi arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan müraciət etmək təklif olunub. Məlumatda həmçinin "Smerç"lərin saxta firmaların vasitəsi ilə Moldova ərazisində konspirasiya şəraitində həyata keçirilməsinə dair təklif yer alır. Bu zaman məmulatlar üzərində nişanlar dəyişdirilməli, faktın üstü açılacağı halda "İqla" zenit komplekslərinin Liviyadakı üsyançıların öz ölkələrindəki anbarlardan ələ keçirdikləri rəyi formalaşdırılmalı idi.


AzNews.az