22:51
(077) 610-22-33

Ağasif Şakiroğlu: “Müsavat partiyası seperatçılıqla məşğuldur”

  • >
3 012 14 Avqust 2012 11:41 | Siyasət

"Müsavat partiyası müxalifətin birləşməsini istəmir". Bunu AzNews.az-a açıqlamasında Rəsul Quliyevin müşaviri Ağasif Şakiroğlu ACP və Müsavat partiyası arasında yaranan ziddiyyətlərə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, ACP-nin mübarizə üsulu fərqlidir: "İstəyirik ki, müxalifət partiyaları birləşsin. Müsavat partiyası isə bunun əleyhinədir. Biz də onların bu mövqeyini tənqid etdiyimizə görə, iki partiya arasında narazılıq yaranır. İsa Qəmbərin bir neçə gün öncə iftar süfərsində Sülhəddin Əkbəri görmək istəməməsi indiki hadisələrdən qaynaqlanmır. Bu soyuqluq bir neçə ildir ki, davam edir.


Əgər xatırlayırsızsa, 2005-ci ildə "Azadlıq" blokuna daxil olan AXCP, ADP və Müsavat partiyası parlament seçkilərini boykot edəcəkləri barədə bəyənat yaydılar. Amma son məqamda Müsavat partiyası parlamentə nümayəndələrini göndərdi. Bir sözlə, seperatçılıq etdi. Bununla da bu partiyaya olan inam məhv oldu".

İlkin

AzNews.az


Bağla X