Sabah məhkəmə prosesi davam edəcək Sabah məhkəmə prosesi davam edəcək

Şairlərimizin valideynləri İrana gedir

Sabah məhkəmə prosesi davam edəcək



İranda naməlum səbəbdən saxlanılan azərbaycanlı şairlərin məhkəmə prosesi sabah davam edəcək. AzNews.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, məhkəmədə iştirak etmək üçün Fərid Hüseynin və Şəhriyar Hacızadənin ailə üzvləri Təbrizə yola düşür. Bu barədə Şəhriyarın atası Mayıl Hacızadə məlumat verib.


"Şəhriyarın dayısı Ağalar Hüseynovla birlikdə İranın Təbriz şəhərinə gedirik. Sabah günün birinci yarısında şairlərin məhkəməsi olacaq, inşallah. Azərbaycanın baş konsulu Əli Əliyev bizim üçün maşın da ayırıb. Eyni zamanda məhkəmədə bizimlə birgə kosulluğun bir neçə nümayəndəsi də iştirak edəcək.

Sabah, inşallah, xoş müjdələr gözləyirik", - deyə Mayıl Hacızadə bildirib. Xatırladaq ki, şairlərimiz bu ilin may ayının 2-də İranda şeir festivalında iştirak edərkən saxlanılıblar.


AzNews.az