19:54
(077) 610-22-33

2 milyon soydaşımızın həyatı sual altındadır…

  • >
695 15 Avqust 2012 08:14 | Siyasət

Yurddaş Partiyasının sədri isə yurddaşlarımız üçün heç bir təhlükənin olmadığını deyir


Rusiya mətbuatı rəsmi Moskvanın cinayət axtarış şöbəsində qanunsuz miqrantlarla mübarizə məqsədiylə xüsusi təyinatlı dəstə yaradıldığını yazıb. Verilən məlumatlara görə, belə bir dəstənin yaradılması bəradə əmri də daxili işlər nazirliyinin Moskva üzrə rəhbəri general mayor Anatoli Yakunin imzalayıb.

Bildirilir ki, xüsusi təyinatlı dəstə ayrıca fəaliyyət göstərəcək və onlar əməliyyatlar zamanı silah daşımaq hüququna malik olacaqlar. 71 xüsusi təyinatlını özündə birləşdirəcək strukturun gələcəkdə genişləndiriləcəyi də nəzərdə tutulur. Nəzərə alsaq ki, Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır və əksəriyyəti də qeyri-qanuni miqrant sayılır, onda onların taleyi narahatlıq doğurmaya bilməz.


"Rusiya miqrantlar ölkəsidir. Əgər Rusiyanın demoqrafik vəziyyətinə diqqət qetirsək con 20 ildə yerli əhalinin sayının kəskin şəkildə aşağı düşdüyünü görərik". Bunu AzNews.az-a Yurddaş Partiyasının sədri Mais Səfərli sözügedən məsələyə münasibət bildirərkən deyib: "Demoqrafiyaçı sosioloqlar iddia edirlər ki, vəziyyətin belə davam edəcəyi təqdirdə yaxın onilliklərdə Rusiya ciddi demoqrafik problemlə qarşılaşacaq. Ona görə də Rusiyaya son 20 ildə çoxlu sayda miqrant axını müşahidə olunmaqdadır. Bu isə Rusiyanın əmək bazarında işçi qüvvəsinin çatışmamasından irəli gəlir. Əmək qabiliyyətli insanların da əksəriyyəti alkoqalizmə meyillənib və bu üzdən də iş qabiliyyətlərini itiriblər. Belə olan halda Rusiyada miqrantlara böyük ehtiyac yaranıb və bu ölkə miqrantlar diyarına çevrilib. Xüsusilə də Rusiyaya postsovet ölkələrindən xeyli sayda iş üçün miqrant gəlir".


Rusiyada 2 milyona yaxın azərbaycanlının yaşadığını vurğulayan M.Səfərli hesab etmir ki, soydaşlarımız digər miqrantlar kimi qanunsuz şəkildə bu ölkədə yaşamağa həvəslidir: "Azərbaycanlılar digər miqrantlardan fərqli olaraq, əsasən qanuni miqrant olmağa meyillidirlər. Əksəriyyəti vaxtında qeydiyyatdan keçirlər və xeyli hissəsi də vətəndaşlıq alıblar. Yəni qanunla hansısa problemləri yoxdur. Şübhəsiz, bizimkilərdən də qanunsuz yaşayanlar var. Amma bu digərləri ilə müqayisədə çox azdır və hesab edirəm ki, yaradılan yeni dəstələrin fəaliyyəti orada yaşayan soydaşlarımıza o dərəcədə təsir də göstərməyəcək. Ona görə ki, azərbaycanlılar arasında kriminallığa meyillilik də digər miqrantlarla müqayisədə çox azdır".


Gültəkin

AzNews.az

Bağla X