04:10
(077) 610-22-33

YAP-çı deputat: “Kənar müdaxilələr yolverilməzdir”

  • >
611 1 Yanvar 2014 12:30 | Siyasət

"Hərbidə baş verən hadisələr haqda bəzən mətbuatda həqiqətə uyğun olmayan söhbətlər daha çox yayılır".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə bildirib.

O deyib ki, yayılan həmin yanlış xəbərlərə isə reaksiya verilmir:

"Cəmiyyətdə isə belə bir təəssürat yaranır ki, verilən xəbər və şərhlər doğurdan da həqiqətdir. Görünür bu məsələnin ictimai müzakirəyə çox böyük ehtiyacı var".

A.Mirzəzadə qeyd edib ki, mətbuat hərbi ilə bağlı məlumatlar verən zaman diqqətli olmalıdır: "Xatırlayıram ki, 1992-ci ildə müharibə getdiyi dövrdə mərkəzi qəzetlərin birində döyüş bölgəsində olan bir kənd haqqında məlumat verilmişdi. Xəbərdə döyüşçülərimiz, silah və texnikanın sayı, ermənilərin bura gəlib çıxa bilməməsinin səbəbi fəxrlə yazılırdı. Sabahısı gün Ermənistan hərbi birləşmələri həmin kəndi tutdular. Yəni bu özü göstərir ki, ordunun məxfi qurum olduğu nəzərə alınmalıdır. Bilmək lazımdır ki, orduya kənar müdaxilələr yolverilməzdir".

AzNews.az
Bağla X