“Müsavat 15 mandat istəyir” – Partiya sədri


"Müsavat Partiyasındakı əcinnə dəstəsi Milli Şuradan getmə haqqındakı qərarını partiyanın rəhbərliyinə qəbul etdirdi".


Bunu AzNews.az Azərbaycan Liberal partiyasının sədri Əvəz Temirxan deyib. Onun fikrincə, bu belə də olmalıydı:

"Oy, necə də böyük faciədir...Əslində bu belə də olmalı idi. Müsavat partiyasında üzvlər arasında və rəhbərlikdə xeyli əsl Azərbaycan vətənpərvərləri var. Mən bu ağır ittihamı hamının ünvanına səsləndirmək istəmirəm.

Amma təəssüf ki, Müsavat partiyasının rəhbərliyində bir əcinnə dəstəsi var. Həmin əcinnə dəstəsi bu gün hakimiyyətin sifarişini partiyasına qəbul etdirdi.

Bütün bəhanələr qurtarandan sonra əslində məntiqsiz qərar qəbul etdilər. Nəyi əsas gətirdilər? Nəyə görə getdilər? Mandat uğrunda bu addımı atdılar. 15 mandata görə getdilər. Hakimiyyətdən 15 mandat almaq istəyirlər. Dava budur".

Elvin
AzNews.az