Səfərin Qəbələ RLS- lə bağlı məsələyə nöqtə qoyacağını demək hələ ki, tezdir Səfərin Qəbələ RLS- lə bağlı məsələyə nöqtə qoyacağını demək hələ ki, tezdir

Dimitri Roqozin Bakıya niyə gəlib? - Təhlil

Səfərin Qəbələ RLS- lə bağlı məsələyə nöqtə qoyacağını demək hələ ki, tezdir



Bu gün Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin Bakıya iki günlük səfərə gəlib. Roqozinin Bakı səfərini təhlil və şərh etməzdən əvvəl, xatırlamaq lazımdır ki, o hələ Dimitri Medvedyevin prezidentliyi dövründə - 23 Dekabr 2011- ci ildə baş nazirin birinci müavini vəzifəsinə təyin olunub. Həmin tarixdən etibarən, Roqozin hərbi- sənaye komplekslərinə və müdafiə təyinatlı sifarişlərə nəzarət etməyə başlayıb.

Roqozin özü sərt xasiyyəti ilə tanınır, Rusiya Federasiyasının xarici siyasət maraqlarını istənilən sahədə qorumağa hər an hazır olan müdafiəçisi hesab edilir. Bundan əlavə, xatırladım ki, o, baş nazirin birinci müavini təyin olunmazdan əvvəl Brusseldə Rusiyanın NATO-dakı daimi təmsilçisi postunu tutub. Eyni zamanda Rusiya prezidentinin NATO ilə raketdən müdafiə sistemləri sahəsində xüsusi təmsilçisi kimi fəaliyyət göstərib.
Düzdür, NATO ilə raketdən müdafiə sistemləri sahəsində prezidentin xüsusi təmsilçisi vəzifəsindən 2012- ci il aprelin 25- də azad edilsədə, artıq bir ay əvvəl Dinestryanı məsələlər üzrə prezidentin xüsusi təmsilçisi təyin olundu. Təyinatdan sonra isə o, Moldaviyalı millətçilər və Moldoviyanın Ruminyanın tərkibinə daxil olmasını istəyənlərin baş ağrısına çevrilib.

Roqozin Bakıya da baş nazirin brinici müavini, hərbi-sənaye kompleksinin rəhbəri və müdafiə sənayeçisi qismində gəlib. Bu isə asanlıqla güman etməyə imkan verir ki, Azərbaycan prezidenti ilə danışıqların əsas mövzusu Rusiya ilə Azərbaycan arasında Qəbələ RLS-in icarə müqaviləsinin uzadılması olacaq.

İcarə haqqı ilə bağlı tərəflərin narazılığına baxmayaraq, belə görünür ki, Rusiya Qəbələdən çıxmaq niyyətində deyil. Radiolokasiya sistemi bizim ölkəmizdə nəinki vacib strateji rol oynayır, həm də praktiki əhəmiyyət daşıyır. Stansiyanın effektiv iş radiusu 8000 kilometrdir. Bu isə Hind okeanı akvatoriyasından buraxılan raketi izləmək üçün kifayətdir.

Bundan əlavə, RLS- in əhatə dairəsinə Türkiyə, İraq, İran, Hindistan və bütün Yaxın Şərq ölkələri daxildir. RLS təkcə raketin buraxılmasını qeydə almır, o həm də onun traektoriyasını izləməyə imkan verir. Bu isə raketdən müdafiə sistemlərinə təhlükəni neytrallaşdırmaqda kömək edir. Suriyadakı, ümumilikdə isə bütün ərəb ölkələrində qeyri-stabil vəziyyəti və İran ətrafında ciddi hadisələrin baş verə biləcəyini nəzərə alsaq, stansiyanın əhəmiyyətinin dəfələrlə artdığının şahidi olarıq.

Buna baxmayaraq, Rusiyanın RLS- ə görə illik ödədiyi icarə haqqı cəmi 7 milyon dollardır. Hans ki, bu birmənalı olaraq gülünc məbləğdir. Bu səbəbdən Azərbaycanın icarə haqqını qaldırmaq istəyi kifayət qədər əsaslıdır və çətin ki, Rusiya Federasiyasını yüz milyonlarla dollar qorxutsun. Bundan əlavə, çətin ki, icarə haqqı tərəflərin razılığa gəlməməsində əsas əngəl olsun.
Artıq RLS- in taleyi bir neçə aydır ki, açıq olaraq qalır. İcarə müqaviləsinin müddəti isə 24 dekabr 2012- ci ildə bitir. Yəni razılaşma üçün isə çox az müddət qalır. Nəzərə alaq ki, Azərbaycanın cənub sərhədi boyunca, Ərəbistan yarımadasında hadisələr çox böyük sürətlə cərəyan edir. Qəbələ RLS isə Rusiyanını görən gözü olaraq qalır.

İstisna edilmir ki, Roqozin Bakıya prezident Putinin yeni təklifləri ilə gəlib. Bir daha təkrarlamaq yerinə düşərdi ki, Moskvanın istəyi Qəbələ RLS- in icarə məsələsinə nöqtə qoymaqdır. Ancaq birmənalı olaraq, Roqozinin səfərinin Qəbələ RLS- lə bağlı məsələyə nöqtə qoyacağını demək hələ ki, tezdir. Hadisələrin əks istiqamətdə və ciddi cərəyanı da mümkündür...

Həmid Həmidov
AzNews.az