Müsavatdan istefalar başladı


Müsavatın Milli Şuradan çıxması partiyanın bir sıra fəallarının narazılığına səbəb olub. Bu qərara etiraz olaraq partiya fəalı Azər Telmanoğlu isə artıq istefa verib.

Bu barədə o, facebook səhifəsində açıqlama yayıb:

"Məni tanıyanlar bilir ki, 10 ildir Müsavat Partiyasının üzvüyəm, özü də aktiv üzvü. Yetərincə mübarizə aparmışam, bundan heç peşiman deyiləm və apardığım mübarizəyə görə qürur duyuram. Müsavat Partiyasının Milli Şuranı tərk etməsinə etiraz olaraq Müsavat Partiyasının sıralarını tərk edirəm. Bundan sonra heç bir partiyaya üzv olmaq fikrim yoxdur. Yəqin ki, dostlar mənim bu qərarımı anlayışla qarşılayacaqlar. Müsavat Partiyasına uğur arzulayıram".