Müxalif qüvvələr arasında növbəti qapalı toplantı


Müsavat Partiyasının Milli Şuradan çıxması ilə əlaqədar adıçəkilən qurumun rəhbəri Cəmil Həsənli ilə "El" Hərəkatının sədri Eldar Namazovla arasında dünən keçirilən görüş yarımçıq qalıb.

AzNews.az-a daxil olan məlumata görə, tərəflər yekun razılığa gələ bilməyiblər.

Yaranmış vəziyyəti müzakirə edən liderlər daha bir görüşə ehtiyac olduğu qənaətinə gəliblər. Bu günə nəzərdə tutulan görüşün daha geniş formatda keçiriləcəyi planlaşdırılıb.

Razılaşmaya görə "El" Hərəkatının sədri Eldar Namazov, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu arasında qapalı görüş keçiriləcək. Görüşdə Milli Şuranın fəaliyyətinin davam etdirib-etdirməməsi əsas müzakirə mövzusu olacaq.

Toplantıda müxalifət düşərgəsində yaranmış vəziyyətə də aydınlıq gətiriləcək.

Elvin
AzNews.az