08:20
(077) 610-22-33

Rauf Arifoğlu: “AXCP ilə Müsavatın ortaq qurumları dağılmağa məhkumdur”

  • >
455 8 Yanvar 2014 15:50 | Siyasət


"AXCP ilə Müsavat Partiyasının ortaq iştirakı ilə yaradılmış bütün birlik və qurumlar dağılmağa məhkumdur".


Bunu AzNews.az-a açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Rauf Arifoğlu deyib.

Müsavat Partiyası ilə AXCP-nin İP-dən çıxacaqları ilə bağlı açıqlamalarını şərh edən R. Arifoğlu hesab edib ki, artıq AXCP və Müsavat Partiyası öz aralarındakı münasibətləri sona qədər aydınlaşdırmayınca hər hansı bir ortaq qurumda təmsil ola bilməyəcəklər: "İctimai Palata da fəaliyyətini dayandırmış qurum sayılır. Deyə bilərəm ki, artıq onların birgə fəaliyyəti mümkün deyil".

R. Arifoğlu qeyd edib ki, Müsavat Partiyası və AXCP-nin iştirakı olmadan İP-in vətəndaş cəmiyyətinin nümayəndələrinin təmsilçiliyi ilə fəaliyyətini davam etdirməsi artıq burada təmsil olunan qurumların mövqeyi ilə mümkün ola bilər.

Xatırladaq ki, bu gün Müsavat Partiyası və AXCP İctimai Palatanı tərk edəcəkləri ilə bağlı qərarlarını açıqlayıblar.


Məhəmməd
AzNews.az
Bağla X