“Bu müxalifət hakimiyyətə xidmət edir”- Politoloq


"Azərbaycan müxalifətində öhdəlik, imza, kişi sözü kimi ifadələr işləmir".


Bunu AzNews.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Milli Şurada baş verənlərə aydınlıq gətirərkən bildirib.

Z. Əlizadə deyib ki, Azərbaycan müxalifəti ölkə vətəndaşlarını aldadır:

"Bu gün artıq Milli Şura deyilən bir qurum siyasi layihə kimi tükənib. Ona görə də Müsavat Partiyası özünün orada qalmasına ehtiyac görmədi. Ümumiyyətlə indiki vəziyyətdə müxalifətin fəaliyyətinin qayəsini anlamıram. Onlar nə ilə məşğuldur, özləri bilmirlər. Müxalifət bu cür fəaliyyəti ilə özlərini, insanları aldadırlar".

Politoloq müxalifəti iqtidara işləməkdə də ittiham edib:

"Müxalifətin yürütdüyü bu siyasət hakimiyyətin möhkəmlənməsinə xidmət edir. Hazırkı müxalifətin də sonunu hakimiyyət müəyyənləşdirir. Əlavə edim ki, müxalifətin nə qədər ömür sürəcəyi iqtidardan aslıdır".

Amid Əyyuboğlu
AzNews.az